Çili millisinin hücumçusu Azərbaycandan dəvət alıb
Çilinin U-20 milli komandasının hücumçusu Xordi Eduardo Tompson karyerasını Azərbaycanda davam etdirə bilər.
MediaSport.az xəbər verir ki, "Kolo-Kolo"nun 19 yaşlı forvardı Premyer Liqa klublarımızın birindən təklif alıb.
Məlumata görə, futbolçunun xidmətində Portuqaliya klubları da maraqlıdır. Tompsona dəvət göndərən Azərbaycan klubunun adı açıqlanmayıb.
Santyaqo təmsilçisinin yetirməsi olan bəstəboy futbolçu 2 ildir formasını geyindiyi yığma komandada 6 oyun keçirib.