"Qarabağ"dan azarkeşlərə ÇAĞIRIŞ

"Qarabağ"dan azarkeşlərə ÇAĞIRIŞ

“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubunu qəbul edəcək.

MediaSport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Ağdam təmsilçisi görüşü stadiondan izləyəcək azarkeşlərə müraciət edib: "Əziz azarkeşlərimiz, stadionun giriş qapıları oyunun start fitindən 2 saat əvvəl açılacaq! Hər birinizdən stadiona 2 saat öncə gəlməyiniz və yerinizi tutmağınız xahiş olunur. Stadion ərazisində fəaliyyət göstərəcək fan-şoplarımızda yeni mövsüm formalarımız satışa çıxarılacaq!

Həmçinin qarşılaşmaya bilet satışı davam edir! Iticket.az-da (https://bit.ly/biletsatishi) biletinizi ala bilərsiniz!".