"Neftçi" - "Spartak" oyunu: Tərəflər arasında danışıqlar aparılır

"Neftçi" - "Spartak" oyunu: Tərəflər arasında danışıqlar aparılır

"Neftçi" Rusiyanın "Spartak" klubu ilə yoldaşlıq oyunu keçirə bilər.

Mediasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin baş icraçı direktoru Fərrux Mahmudov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Klub rəsmisi Moskva təmsilçisi ilə danışıqların davam etdiyini bildirib.

Qeyd edək ki, "Neftçi" yay toplanışı çərçivəsində Rusiyada "Spartak"la yoldaşlıq görüşü keçirmişdi.

Qarşılaşma "ağ-qaralar"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.