İtaliya mətbuatı "Qarabağ"dan yazıb: "Artıq liderlər müəyyənləşib"
İtaliya mətbuatında Avropa Liqasının qrup mərhələsində uğurla mübarizə aparan komandalar haqqında yazı dərc edilib.
Mediasport.az xəbər verir ki, "Tutto Atalanta" saytındakı məqalədə Azərbaycan çempionu "Qarabağ"ın avrokuboklarda mövsümə yaxşı başlaması və cari qrup mərhələsində təəccübləndirməsi qeyd olunub.
"Atalanta", "Liverpul", "Roma", "Bayer" (Leverkusen), "Vest Hem", "Slaviya" (Praqa) kimi, Ağdam təmsilçisinin də ilk iki matçda 6 xal qazanması vurğulanıb. Bildirilib ki, bu kollektivlər Avropaya işıq saçırlar. "Onların mükəmməl çıxışları qrup mərhələsində dominantlıq etmək niyyətlərindən xəbər verir" - deyə, yazıda qeyd edilib:
"G və H qruplarında, deyəsən, artıq liderlər müəyyənləşib: bir tərəfdə “Roma” və “Slaviya”, digər tərəfdə “Bayer” və “Qarabağ”.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi "atlılar" ilk turda Bakıda "Molde"yə (1:0), ikinci turda səfərdə "Hekken"ə (1:0) qalib gəliblər.