"Neftçi" Türkiyədə Superliqanın daha bir klubunu məğlub etdi

"Neftçi" Türkiyədə Superliqanın daha bir klubunu məğlub etdi

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Neftçi" ikinci yoxlama matçını keçirib.

Mediasport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Superliqa təmsilçisi "Sivasspor"la üz-üzə gəlib.

"Palandöken Yüksek İrtifa Camp Facilities"də baş tutan oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.

"Ağ-qaralar"ın qollarını Matias Tamaşla Yeqor Boqomolski vurub.

Xatırladaq ki, paytaxt klubu ilk yoxlama sınağında Superliqanın digər təmsilçisi "Alanyaspor"a qalib gəlmişdi - 3:1.