Şabi Alonso "Qarabağ"la matç haqqında fikirlərini bölüşüb

Şabi Alonso "Qarabağ"la matç haqqında fikirlərini bölüşüb

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində sabah "Qarabağ"ı qəbul edəcək "Bayer"in baş məşqçisi Şabi Alonso matç barədə fikirlərini bölüşüb.

Mediasport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis Azərbaycan çempionu ilə qarşılaşmanın çox vacib oyun olduğunu deyib.

Alonso "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu tərifləyib, komandasının səliqəli, baxımlı futbol oynadığını vurğulayıb:

"Bu görüş bizim üçün çox önəmlidir. Rəqibimizin kifayət qədər təcrübəli baş məşqçisi var və yaxşı formalaşdırdığı komandaya qarşı çıxış edəcəyik. “Qarabağ”ın strukturu yaxşı qurulub, təcrübəli və fərdi keyfiyyətləri yüksək olan futbolçuları çoxdur. Ona görə sabahkı matçda maksimum diqqətli olmağa çalışacağıq. Əsas hədəfimiz, təbii ki, qalib gəlmək və maksimum nəticəyə çatmaqdır. Qrupdan çıxaraq yolumuzu davam etdirmək istəyirik".

Qeyd edək ki, sabah "BayArena"de keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürəcək.