Audiovizual Şura Premyer Liqa klubunun tv kanalına lisenziya verdi
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
mediasport.az xəbər verir ki, toplantıda ümumi müraciətlərə baxılıb.
Müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul edilib.