"Neftçi" yenidən "Zenit"ə qarşı

"Neftçi" yenidən "Zenit"ə qarşı

İyulda Rusiyada keçirilən "Match TV" Kubokunda qarşılaşan "Neftçi" və "Zenit" komandaları növbəti dəfə üz-üzə gələcəklər.

mediasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu matç sentyabr ayında baş tutacaq.

Görüş milli komandaların seçmə mərhələ oyunlarına görə yaranacaq fasilə zamanı reallaşacaq.

Məlumata əsasən, sentyabrın 7-si yaxud 8-də oynanılacaq oyun Sankt-Peterburqda təşkil ediləcək.

Qeyd edək ki, komandalar arasında ayyarım əvvəl baş tutan duel "Zenit"in 3:1 hesablı qələbəsilə yekunlaşmışdı.