"Qarabağ" akademiyasının komandaları Qətərdə 4 oyun keçirib

"Qarabağ" akademiyasının komandaları Qətərdə 4 oyun keçirib

“Qarabağ” akademiyasının komandaları Qətər toplanışı çərçivəsində yoldaşlıq oyunları keçiriblər.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun U-15 və U-17 komandaları “Aspire Academy Friendly Series” çərçivəsində matçlarda qüvvəsini sınayıblar.

“Qarabağ” U-17 “Aspire”nin müvafiq yaş qrupundan ibarət kmandasına 0:2 və 2:4 hesabları ilə məğlub olub.

Təmsilçimizin heyətində Elgün İsaqovla Həbib Qədimov fərqlənib.

U-15 ilk görüşdə 1:1 hesablı heç-heçə edib və komandamızın qolunu Onur Əliyev vurub.

İkinci matçda isə Qətər komandası qələbə (2:1) qazanıb. "Qarabağ"ın qolunun müəllifi Polad Hüseynov olub.