"Ötən mövsümü fantastik keçirən "Qarabağ"ı izləmişdim"

"Ötən mövsümü fantastik keçirən "Qarabağ"ı izləmişdim"

UEFA Çempionlar Liqasının pley-off mərhələsində 3-cü raundun "Qarabağ" - "Ludoqorets" cütünün qalibi ilə qarşılaşacaq Xorvatiyanın "Dinamo" klubunun baş məşqçisi Sergey Yakiroviç püşkatma haqda fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis mümkün rəqiblərdən Ağdam təmsilçisi barədə xoş yüksək fikirlər səsləndirib.

Bosniyalı çalışdırıcı Qurban Qurbanovun komandasının ötən mövsüm Avropa Liqasında xüsusən Almaniya nəhəngi "Bayer"lə görüşlərinə diqqət çəkib:

"Maraqlı püşkatma oldu, rəqibləri müəyyən qədər tanıyırıq. “Ludoqorets” haqda daha çox məlumatımız var. Çünki “Dinamo” artıq onlara qarşı oynayıb. Lakin ötən mövsümü fantastik keçirən, "Bayer"ə üzücü şəkildə məğlub olan "Qarabağ"ı da izləmişdim.

Şübhəsiz ki, biz hər iki komandanı təhlil edib bizi gözləyən rəqibə qarşı hazırlaşacağıq. Məqsədimiz Çempionlar Liqasının qrupunda çıxış etməkdir".

Xatırladaq ki, "Qarabağ" ilk matçda məğlub olduğu "Ludoqorets"lə avqustun 13-də Bolqarıstanda üz-üzə gələcək.