"Neftçi"də danışımış oyunlar və irqçiliklə bağlı seminar keçirildi
“Neftçi”nin U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə danışılmış oyunlara və irqçiliyə qarşı mübarizə, anti-dopinq və oyun qaydaları ilə bağlı seminar keçirilib.
mediasport.az xəbər verir ki, “Bakcell Arena”da baş tutan tədbirdə “Neftçi” Futbol Akademiyasının koordinatoru Elşad Əhmədov oyun qaydaları, danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Xaliq Vəliyev bu mövzuda, futbolda sosial məsuliyyət üzrə məsul şəxs Anton Şvesov irqçiliyə qarşı mübarizə haqqında çıxış ediblər.
“Neftçi” akademiyasının həkimi Mahir Ələsgərov isə anti-dopinq mövzusunda mühazirə oxuyub, maarifləndirici təqdimatlar ediblər. Seminarda bu mövzular ətrafında əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.