"Qarabağ"ın keçmiş baş məşqçisi "Trabzonspor"da işləyəcək - RƏSMİ
2019-2020-ci illərdə "Qarabağ"ın U-19 komandasının baş məşqçisi olmuş Önder Karavelinin yeni iş yeri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, bu ilin martında Həvəskarlar Liqası klubu "Əskişəhərspor"un baş məşqçisi təyin edilmiş 49 yaşlı mütəxəssis "Trabzonspor"da çalışacaq.
O, Qaradəniz təmsilçisində baş məşqçi Abdulla Avcının köməkçisi olacaq.
Xatırladaq ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununa qədər də Ağdam klubunda akademiyanın koordinatoru Tacəddin Doğanın köməkçisi postunu tutub.