"Neftçi"dən 4 oyuna göndərildi, 36 yaşında baş məşqçi oldu
"Neftçi"nin keçmiş hücumçusu Giorgi Çelidze Gürcüstanın "Sioni" klubunun yeni baş məşqçisi olub.
mediasport.az xəbər verir ki, Bolnisi təmsilçisi məşqçi kimi ilk işinə hazırlaşan 36 yaşlı veteranla anlaşıb.
Uça Sosiaşvili ilə yollarını ayıran klubu mövsüm sonuna qədər Çelidze çalışdıracaq.
"Neftçi"yə 2008-ci ildə transfer edilmiş və ümidləri doğrultmadığı iddiası ilə 4 oyundan sonra göndərilmiş gürcü futbolçu Rustavinin “Olimpi” klubu ilə anlaşmışdı.