DÇ-də ilk 1/4 finalçı məlumdur

DÇ-də ilk 1/4 finalçı məlumdur

Az əvvəl başa çatan ilk 1/8 final qarşılaşması ilə Dünya Kuboku-2022-də 1/4 finala adlayan iştirakçılardan birincisinin adına aydınlıq gətirildi.

mediasport.az xəbər verir ki, ABŞ yığması üzərində rahat qələbə qazanan Niderland 1/4 finala vəsiqəni rəsmiləşdirdi. Lui Van Qalın rəhbərlik etdiyi "narıncılar"ın bu mərhələdəki rəqibi 23:00-da başlanacaq Argentina - Avstraliya cütünün qalibi olacaq.


Dünya Kuboku. 1/8 final

Niderland - ABŞ 3:1

Qollar: Memfis Depay, 10, Deyli Blind, 45+1, Dumfris, 83 - Haci Rayt, 76.