"Neftçi"dən ayrılan Kenni Sayef Premyer Liqa klubunda - RƏSMİ

"Neftçi"dən ayrılan Kenni Sayef Premyer Liqa klubunda - RƏSMİ

"Neftçi"dən ayrılan Kenni Sayefin yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 29 yaşlı vinger karyerasını İsraildə davam etdirəcək.

İsrail əsilli amerikalı Premyer Liqa təmsilçisi Hayfa "Makkabi"sinə keçib.

Təcrübəli futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, "ağ-qaralar"ın heyətində 2022-ci ildən forma geyinən Sayef 46 oyuna 5 qol vurub.