1-ci Liqa təmsilçisi bombardirin transferini videoçarxla elan etdi
Azərbaycan 1-ci Liqa təmsilçisi "İmişli" növbəti transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, bölgə klubu son mövsümü MOİK-də keçirən hücumçu Elmir Rəhimzadəni heyətinə qatıb.
Elmir 2023/2024 mövsümündə "hərbçilər"in heyətində 17 qolla bombardir olub.
"İmişli" buna qədər hücumçu Seyxan Fərəcov və yarımmüdafiəçi Xəyal Tomarovu transfer edib.