"Neftçi"nin yarımmüdafiəçisi İsrail yığmasını Fələstin millisinə dəyişdi
“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin pasportu alıb.
mediasport.az xəbər verir ki, 28 yaşlı İsrail əsilli futbolçu bundan sonra Fələstin milli komandasının uğurları üçün çalışacaq.
Yığmanın İordaniyada təşkil olunacaq təlim-məşq toplanışına dəvət alan Caber iyunun 14-də İndoneziya, 20-də isə Çin kollektivləri ilə yoldaşlıq oyunlarında iştirak edə bilər.
Caber əvvəllər İsrailin U-21 millisinin kapitanı olub.