Bolqar futbolçu: "Dünən qalib gələ də bilərdik, uduza da bilərdik"

  Bolqar futbolçu: "Dünən qalib gələ də bilərdik, uduza da bilərdik"

"Mən oyunumuza qiymət verən adam deyiləm. Dünən qalib gələ də bilərdik, uduza da bilərdik. Turnir müsbət keçdi. Ola bilsin ki, konsentrasiya çatışmazlığımız var".

Mediasport.az xəbər verir ki, bu sözləri dünən "FIFA series-Edition 2024" turniri çərçivəsində keçirilən Azərbaycan - Bolqarıstan (1:1) matçından sonra qonaqların futbolçusu Kiril Despodov deyib.

27 yaşlı vinger bir çox oyunlarda son dəqiqələrdə qol buraxdıqlarını söyləyib:

"Ümid edirəm ki, bu işlər düzələr. Cərimə zərbəsindən daha bir qol vura bilərdim. Çoxlu standart vəziyyətlər üzərində məşq edirəm. Futbolda standart vəziyyətlər son dərəcə vacibdir. Amma mən başqa şeylərin üzərində də işləyirəm".