Vaqif Cavadov "Sumqayıt"ın əsas komandasını çalışdıracaq - RƏSMİ

Vaqif Cavadov "Sumqayıt"ın əsas komandasını çalışdıracaq - RƏSMİ

"Sumqayıt"ın əsas komandasının baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Vaqif Cavadova həvalə olunub. 

Mediasport.az xəbər verir ki, o, Samir Abasovun "Neftçi"yə gedişindən sonra bu vəzifəyə təyinat alıb.

Xatırladaq ki, Cavadov "gənclik şəhəri" təmsilçisinin əvəzedicilərdən ibarət komandasının çalışdırıcısıdır.