"Neftçi"ni atıb qaçan futbolçu paytaxt klubu ilə müqavilə bağladı - RƏSMİ
"Neftçi"dən özbaşına ayrıldıqdan sonra klub tərəfindən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilən Mateus Saldanya "Partizan"la anlaşıb.
MediaSport.az xəbər verir ki, Belqrad təmsilçisi braziliyalı forvardı ictimaiyyətə təqdim edib.
24 yaşlı "sambaçı" paytaxt klubunda 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, cənubi amerikalı "ağ-qaralar"ın heyətinə bu ilin yanvarında Yaponiyanın "CEF Yunayted" klubundan qoşulmuş və tərəflər arasında 1 illik müqavilə bağlanmışdı.