Azərbaycanda bu klubun dəyəri 24 milyon manatdır - SİYAHI açıqlandı

Azərbaycanda bu klubun dəyəri 24 milyon manatdır - SİYAHI açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqası klubların ümumi dəyərini əks etdirən siyahı yenilənib.

MediaSport.az xəbər verir ki, “Transfermarkt”ın yenilənmiş siyahısında ölkəmiz üzrə lider "Qarabağ"dır. Ağdam klubunun qiyməti 13 milyon avro (təxminən 24 milyon manat) göstərilib.

2023/2024-cü illər mövsümündə Premyer Liqamızda yarışacaq komandaların ümumi qiyməti 59,2 milyon avroya bərabərdir.

Siyahıda elitaya yeni gəlmiş “Araz-Naxçıvan”ın dəyəri yer almayıb.


1. “Qarabağ” – 13 milyon avro

2. “Sabah” – 10,58 milyon

3. “Neftçi” – 9,05 milyon

4. “Zirə” – 6,48 milyon

5. “Turan Tovuz” – 5,58 milyon

6. “Qəbələ” – 4,48 milyon

7. “Sumqayıt” – 4,28 milyon

8. “Səbail” – 3,80 milyon

9. “Kəpəz” – 2,23 milyon

10. “Araz-Naxçıvan” - ?