"Neftçi"nin yeni baş məşqçisi "Kəpəz"lə oyunu stadiondan izləyir
Adrian Mutu ilə yolları ayırdığı deyilən "Neftçi"nin yeni baş məşqçisi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, "ağ-qaralar"ı 55 yaşlı Miodraq Bojoviç çalışdıracaq.
“Qraf” ləqəbli monteneqrolu mütəxəssis hazırda “Neftçi Arena”da "Neftçi" - "Kəpəz" oyununu izləyir.
Onunla 1,5 illik müqavilənin imzalanacağı deyilir.
Qeyd edək ki, Bojoviçin son iş yeri Rusiyada Tula “Arsenal”ı olub.