Rusiya və Türkiyə klublarından "Qarabağ"a 2 milyonluq təklif - Ağdam klubu "yox" cavabı verdi

Rusiya və Türkiyə klublarından "Qarabağ"a 2 milyonluq təklif - Ağdam klubu "yox" cavabı verdi

Rusiyanın 3, Türkiyənin isə 2 nəhəng klubu "Qarabağ"ın qapısını döyüb.

Mediasport.az saytına verilən məlumata görə, qardaş ölkədən konkret olaraq “Fənərbağça” və “Beşiktaş”, Rusiyadan isə adı çəkilməyən Premyer Liqa klubları Leandro Andrade üçün rəsmi təklif göndərib.

Lakin Ağdam klubu bütün təkliflərdən imtina edib.

Azərbaycan çempionu kabo-verdeli yarımmüdafiəçisinə qiymət qoyub - 4 milyon avro. Müştərilər məbləğin yarısını ödəməyə hazır olduqlarını bildiriblər.

2022-ci ilin yanvarından "köhlən atlılar"ın formasını geyinən Andradenin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.