Mərhələ keçən "Zirə" futbolçularına rəhbərlikdən SANBALLI MÜKAFAT

Mərhələ keçən "Zirə" futbolçularına rəhbərlikdən SANBALLI MÜKAFAT

"Zirə" futbol klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Avropa Konfrans Liqasında mərhələ adlayan komandanı mükafatlandırıb.

Mediasport.az saytına verilən məlumata görə, qəsəbə klubunun rəhbəri 2-ci təsnifat mərhələsinin hər iki görüşündə qələbə qazanan kollektivə yaxşı məbləğdə mükafat ayırıb.

Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşmalarda meydana start heyətdə çıxan futbolçunun hər biri 15 min manat ənam alacaq.

Oyunlara sonradan çıxanların mükafatı 10 min manat olacaq. Ehtiyatda qalanların payına isə 5 min manat düşəcək.

O.Məmmədov pley-off və qrup mərhələsinə vəsiqə üçün daha çox mükafat verəcəyini vəd edib.

Xatırladaq ki, "qartallar" slovakiyalılara Bakıda 5:0, səfərdə 2:1 hesabları ilə qalib gəliblər.

Rəşad Sadıqovun komandası 3-cü təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" komandası ilə qarşılaşacaq.

Görüşlər avqustun 8-də səfərdə, 15-də isə Bakıda keçiriləcək.