"Qarabağ"ın Çempionlar Liqasında oyununun yeri və vaxtı açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasında oyununun yeri və vaxtı açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Linkoln"la keçirəcəyi oyunların stadionları və saatları dəqiqləşib.

MediaSport.az xəbər verir ki, iyulun 11-də Cəbəllütariqdə oynanılacaq ilk qarşılaşma "Viktoriya" stadionunda saat 19:30-da başlanacaq.

Azərbaycandakı cavab görüşü isə iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək və start fiti 20:00-da səsləndiriləcək.