"Turan Tovuz"un legioneri növbəti dəfə milli komandaya çağırıldı
"Turan Tovuz"un futbolçusu Roderik Miller növbəti dəfə Panama milli komandasına dəvət alıb.
Mediasport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi qarşıdakı 2 matçda yığma komandanın sərəncamında olacaq.
Panama seçməsi yoxlama oyunları çərçivəsində oktyabrın 12-də ABŞ, oktyabrın 15-də Kanada seçmələri ilə qarşılaşacaq.
Xatırladaq ki, 2011-ci ildən milliyə çağırılan Miller indiyədək 44 görüş keçirib, 2 qol vurub.