"Qarabağ" II mərhələdə mübarizəyə Polşada başlayır - Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk matçları çərçivəsində daha 5 oyun keçiriləcək.
MediaSport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Polşa səfərində meydana çıxacaq.
Qurban Qurbanovun komandası Çestoxovoada Polşa çempionu "Rakuv"la qarşılaşacaq.
Komandalar arasında cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası. II təsnifat mərhələsi. İlk oyun
22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Lukas Fandrix (İsveçrə)
Polşa, Çestoxova. "Miejski” stadionu