Avrokubok oyunları yalnız bu iki telekanalda yayımlanacaq - RƏSMİ

Avrokubok oyunları yalnız bu iki telekanalda yayımlanacaq - RƏSMİ

2023/2024-cü illər mövsümündə avrokubokların oyunları Azərbaycanın iki telekanalında yayımlanacaq.

Mediasport.az xəbər verir ki, azarkeşlər UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının matçlarını “CBC Sport” və İTV-dən izləyə biləcəklər.

Bu barədə məlumatı İTV-nin İdman departamentinin rəhbəri Kənan Hakimov paylaşıb.

Televiziya rəsmisinin postunu olduğu kimi təqdim edirik:

"UEFA Çempionlar, Avropa və Konfrans Liqalarının oyunları İctimai Televiziyada!

2023/2024 mövsümündə Çempionlar, Avropa və Konfrans Liqalarının oyunları İctimai Televiziyada yayımlanacaq. “Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı CBC Sport telekanalı ilə əldə etdiyimiz razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçirilən görüşlər İctimai Televiziyanın canlı efirində futbol həvəskarlarına təqdim olunacaq. Anlaşmaya əsasən hər oyun həftəsində 3 qarşılaşma telekanalımızda canlı yayımlanacaq.

Bu gün Çempionlar Liqasının cavab pley-off qarşılaşmaları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka)-“Rakov” (Polşa) oyununu da saat 23:00-dan başlayaraq İctimai Televiziya vasitəsilə izləyə bilərsiz. Xoş seyirlər!