"Neftçi"nin futbolçusu AFFA-nı təhqir etdi, 4 oyunluq cəzalandırıldı
AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”nin Gənclər Liqasında çıxış edən komandalarının futbolçularını cəzalandırıb.
mediasport.az xəbər verir ki, Ağdam klubunun oyunçusu Emil Binyətzadə “Sabah”la görüşdə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə aldığı üçün 1 matçlıq diskvalifikasiya olunub.
“Neftçi”nin üzvü Aslan Şirinovun cəzası daha ağır olub. O, “Qəbələ” ilə keçirilən qarşılaşmanın ardından hakimin qərarına etiraz etdiyindən, ikinci sarı vərəqə alıb. Şirinov ardından hakimlərin və AFFA-nın ünvanına təhqiredici ifadələr işlətdiyi üçün komandasının qarşıdakı 4 oyununu buraxmalı olacaq.
Bundan başqa, “ağ-qaralar”dan Bəhruz Qurbanlı həmin görüşdə qırmızı vərəqə aldığı üçün 2, “Qəbələ”nin oyunçusu Ravil Qafarov isə 1 matçlıq cəzaya məruz qalıblar.