PFL klubların Türkiyə toplanışında niyə iştirak etməyəcək? - AÇIQLAMA

PFL klubların Türkiyə toplanışında niyə iştirak etməyəcək? - AÇIQLAMA

Peşəkar Futbol Liqası (PFL) klublarımızın Türkiyədə keçirəcəyi təlim-məşq toplanışlarındakı yoldaşlıq görüşlərini canlı yayımlamayacaq.

Bu barədə məlumatı MediaSport.az saytına açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev verib.

Qışda böyük kollektivlə Antalya kampına yollanan, bir çox yoxlama matçını canlı təqdim edən PFL bu dəfə Türkiyəyə işçi göndərməyəcək. S.Abdullayev səbəbini belə izah etdi:

- Yay toplanışında yayımları planlaşdırmamağımızın səbəbləri var. Bildiyiniz kimi, yeni mövsümdən etibarən liqaların sayı artırılacaq, əvəzedicilərin yarışı ayrılacaq. Həddindən çox iş olduğuna görə Türkiyəyə gedə bilməyəcəyik. Komandalarımızın çoxu belə toplanışa getdiyi üçün hər birinə xüsusi diqqət ayırmaq lazımdır. Hansınasa fərq qoymaq olmaz. Bizdə isə indiki halda o imkan yoxdur, çatdıra bilmərik. Ona görə düşündük ki, yayda əsas diqqətimizi liqaların hazırlıqlarına yönəldək.