Musa Qurbanlı 2 dəqiqə oynadı, komandası səfərdən məğlub qayıtdı

Musa Qurbanlı 2 dəqiqə oynadı, komandası səfərdən məğlub qayıtdı

İsveç çempionatında 19-cu turun oyunları keçirilir.

mediasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” səfərdə “Göteborq”la qarşılaşıb.

Hücumçumuz meydana sona 2 dəqiqə qalmış çıxıb. İlk yarını qalib tamamlayan Stokholm təmsilçisi yekunda məğlub olub - 1:2.

“Yurqorden” 33 xalla 4-cü pillədə qərarlaşıb, lider "Elfsborq"dan 9 xal geri qalır.