Azərbaycan millisi İspaniyada Şotlandiya yığmasına uduzdu

Azərbaycan millisi İspaniyada Şotlandiya yığmasına uduzdu

İspaniyada təlim-məşq toplanışında olan futbol üzrə U-19 Azərbaycan milli komandası Mursiyada ilk yoldaşlıq görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, yığmamız Şotlandiya futbolçuları ilə qarşılaşıb.

Britaniyalılar 11 və 16-cə dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb - 2:0.

Millimiz sentyabrın 6-da Niderland, 9-da Uelslə qüvvəsini yoxlayacaq.

Hazırlıq prosesi sentyabrın 10-na qədər davam edəcək.