"Çelsi" İngiltərə Premyer Liqasına məğlubiyyətlə başladı - VİDEO

"Çelsi" İngiltərə Premyer Liqasına məğlubiyyətlə başladı - VİDEO

İngiltərə Premyer Liqasında 2024/25 mövsümünə start verilib.

Mediasport.az xəbər verir ki, 1-ci turun mərkəzi qarşılaşması dünən Londonda baş tutub.

Son çempion "Mançester Siti" səfərdə "Çelsi"ni məğlub edib - 2:0.

"Şəhərlilər"in qollarını 18-ci dəqiqədə Erlinq Haland və 84-cü dəqiqədə Mateo Kovaçiç vurublar.

Xatırladaq ki, tura bu gün keçiriləcək "Lester" - "Tottenhem" oyunu ilə yekun vurulacaq.