UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Mediasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə son Azərbaycan çempionu "Qarabağ" klubunun mərhələ adlayacağı təqdirdə potensial rəqibləri ilə yanaşı, qarşılaşa biləcək digər cütlüklər də müəyyənləşib.
Pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.
Çempionlar Liqası. Pley-off mərhələsi
Çempionlar yolu
"Yanq Boys" (İsveçrə) - "Qalatasaray" (Türkiyə)
"Dinamo" (Zaqreb, Xorvatiya) \ "Qarabağ" - "Ludoqores" (Bolqarıstan) cütünün qalibi
"Midtyulland" (Danimarka) - "Ferensvaroş" (Macarıstan) cütünün qalibi \ "Slovan" (Slovakiya) - APOEL (Kipr) cütünün qalibi
"Yagelloniya" (Polşa) - "Bude-Qlimt" (Norveç) cütünün qalibi \ “Srvena Zvezda” (Serbiya)
"Malmö" - PAOK cütünün qalibi \ "Sparta" - "Styaua" cütünün qalibi
Liqa yolu
“Lill” - "Fənərbağça" cütünün qalibi \ “Slaviya” - “Union Sent Jiloaz” cütünün qalibi
"Dinamo" Kiyev - “Reyncers” cütünün qalibi \ “Zalsburq” - “Tvente” cütünün qalibi