"Qızıl top"un yeni sahibinin açıqlanacağı tarix müəyyənləşib

"Qızıl top"un yeni sahibinin açıqlanacağı tarix müəyyənləşib

Mövsümün ən yaxşı futbolçusuna təqdim edilən "Qızıl top" mükafatının veriləcəyi tarix müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 2023/2024-cü illər mövsümünün qalibi oktyabrın 28-də Parisdə açıqlanacaq.

Mükafatı qazanmağa yekun namizədlərin siyahısı sentyabrın 4-də məlum olacaq.

Son qalib ötən il argentinalı Lionel Messidir.

Xatırladaq ki, "Qızıl top” mükafatı “France Football” jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib.

İlk mükafat 1956-cı ildə təqdim olunub.