Kilian Mbappe İbrahimoviç və Andrey Şevçenkoya çatdı

Kilian Mbappe İbrahimoviç və Andrey Şevçenkoya çatdı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə cavab oyununda (4:1) dubl edən PSJ-nin hücumçusu Kilian Mbappe yeni göstəriciyiə imza atıb.

Mediasport.az xəbər verir ki, 26 yaşlı forvard karyerası ərzində avrokuboklarda vurduğu qolların sayını 48-ə çatdırıb.

Fransa millisinin üzvü bununla məşhur hücumçular Zlatan İbrahimoviç və Andrey Şevçenkonun rekordunu təkrarlayıb.


Avrokuboklarda ən çox qol vuranlar

1. Kriştianu Ronaldu - 140 qol qol

2. Lionel Messi - 129 qol

3. Robert Levandovski - 94 qol

4. Kərim Benzema - 90 qol

5. Raul Qonzales - 71 qol

6. Ruud van Nistelrooy - 56 qol

7. Tomas Müller - 54 qol

8. Tyeri Anri - 50 qol

9. Kilian Mbappe, Andrey Şevçenko, Zlatan İbrahimoviç - 48 qol