"Qarabağ"ın rəqibi "Başakşəhər"lə bərabərə qaldı - Konfrans Liqası

"Qarabağ"ın rəqibi "Başakşəhər"lə bərabərə qaldı - Konfrans Liqası

Konfrans Liqasında 1/8 final mərhələsinin ilk görüşləri oynanılıb.

mediasport.az xəbər verir ki, pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmış "Gent" doğma meydanda "Başakşəhər"lə heç-heçə edib. İstanbul klubu hesabda üstünlük qazansa da, qoruya bilməyib.

Türkiyənin yarışdakı digər təmsilçisi "Sivasspor" isə İtaliya səfərində "Fiorentina"ya məğlub olub.

1/8 finalın cavab oyunları martın 16-da keçiriləcək. Bir oyun - "Latsio" - "Alkmaar" qarşılaşması 2 gün əvvəl keçirilmiş və Niderland təmsilçisi səfər qələbəsi qazanmışdı - 2:1.


Konfrans Liqası. 1/8 final. İlk oyunlar

“Gent” (Belçika) - “Başakşehir” (Türkiyə) 1:1

Qollar: G.Orban, 35 - S.Okaka, 16.


"Fiorentina" (İtaliya) - "Sivasspor" (Türkiyə) 1:0

Qol: A.Barak, 69.


"Lex" (Polşa) - "Yurqorden" (İsveç) 2:0

Qollar: A.Miliç, 39, F.Marçvinski, 82.


"Bazel" (İsveçrə) - "Slovan" (Slovakiya) 2:2

Qollar: Z.Amduni, 6, A.Zekiri, 40 – J.Medvedev, 17, M.Abubakari, 7.


AEK (Larnaka, Kipr) - “Vest Hem” (İngiltərə) 0:2

Qollar: M.Antonio, 36, 45+2.


“Şerif” (Moldova) - “Nitsa” (Fransa) 0:1

Qol: Ayub Amraui, 45+3.


“Anderlext” (Belçika) - “Vilyarreal” (İspaniya) 1:1

Qollar: A.Dreyer, 57 - M.Trixeros, 2.