"Qarabağ" 2 pillə irəlilədi
Avrokuboklarda qrup mərhələsinin üçüncü turundan sonra klubların reytinqi açıqlanıb.
MediaSport.az xəbər verir ki, reytinq cədvəlində Avropanın 438 ən güclü klubu yer alıb.
Azərbaycan siyahıda üç klubla təmsil olunub. Ən yaxşı göstərici 211 xala malik “Qarabağ”a məxsusdur. Ağdam klubu “Olimpiakos” üzərindəki 3:0 hesablı qələbədən sonra xal hesabını 4 vahid artıraraq 77-ci pilləyə yüksəlib.
“Neftçi” 33 xalla 223-cü, “Qəbələ” isə 5 xalla 380-cidir. Siyahıya 2297 xalla “Real” (Madrid) başçılıq edir.