"Qarabağ" 33 yaşlı futbolçuya görə "Trabzonspor"a yenə təklif göndərdi
"Qarabağ" mövsümün əvvəlində heyətinə qatmaq istədiyi Benqali-Fode Koyta üçün "Trabzonspor"a növbəti dəfə təklif göndərib.
mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi 33 yaşlı hücumçunun keçidini mövsümlərarası fasilədə rəsmiləşdirmək niyyətindədir.
Qara dəniz təmsilçisi icarə əsasında "Kasımpaşa"da çıxış edən qvineyalı forvardı satmaq istəsə də, Azərbaycan tərəfinə hələlik cavab verməyib.
Koytanın trabzonlularla anlaşması 2024-cü ilin yayında başa çatacaq. Qvineya millisinin üzvü cari mövsüm 11 rəsmi oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.