"Neftçi" Azərbaycana UEFA reytinqində neçə xal qazandırdı?

"Neftçi" Azərbaycana UEFA reytinqində neçə xal qazandırdı?

Avropa Konfrans Liqasında mübarizəyə başlayan “Neftçi” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb.

MediaSport.az xəbər verir ki, II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bosniya və Herseqovinada “Jelezniçar”la heç-heçə (2:2) ölkəmizin reytinqinə 0,125 xal gətirib.

Azərbaycanın cari mövsüm xal ehtiyatı 0,875-ə çatıb.

Azərbaycanın son 5 mövsümdə ümumi xallarının sayı 15,125-ə çatıb. Ölkəmiz reytinqdə 29-cu sırada qərarlaşıb. 16,125 xalı olan Sloveniyadan 1 pillə geri qalırıq.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə dayanıb.