"Qarabağ" UEFA Avropa Liqasında pley-offa çıxmaq şanslarını itirdi
Azərbaycanın UEFA Avropa Liqasında yeganə təmsilçisi "Qarabağ" əsas mərhələdə növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu ağdamlılar 7-ci tur çərçivəsində Rumıniyanın FKSB kollektivini sınağa çəkib.
Növbəti dəfə məğlub olan Ağdam klubu pley-offa yüksəlmək şanslarını itirib.
Komandamız son turda Yunanıstan səfərində "Olimpiakos"la qarşılaşacaq.
UEFA Avropa Liqası. Əsas mərhələ. 7-ci tur
"Qarabağ" (Azərbaycan) - FKSB (Rumıniya) 2:3
Qollar: Leandro Andrade, 1, Yoskim Dava, 41-avtoqol - Adrian Şut, 7, 73, David Mikulesku, 45+4.
Baş hakim: Filip Qlov
Yan xətt hakimləri: Daniel Polaçek, Peter Bednar
Dördüncü hakim: Lukaş Zivyak
VAR hakimləri: Mihal Oçenaş, Martin Dohal
Hakim-inspektor: Martin Hansson (İsveç)
UEFA nümayəndəsi: Natalya Vorobyova (Belarus)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 97. Fabiyan Buntiç, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 21. Aleksey Kaşşuk, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
FKSB: 32. Ştefan Tarnovanu, 33. Risto Radunoviç, 5. Yoskim Dava, 30. Siyabonqa Nqezana, 8. Adrian Şuk (k), 42. Baba Alhassan, 7. Florin Tanase. 15. Marius Ştefanesku, 11. David Mikulesku, 9. Daniel Birligea.
Baş məşqçi: Elias Haralambus.