İsmayılov komanda daxilində qruplaşma yaradıb?

İsmayılov komanda daxilində qruplaşma yaradıb?

"Kəpəz"in vitse-kapitanı Əli Səmədov əvəzedici heyətə göndərilib.

mediasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Əli potensialından zəif çıxış etdiyi üçün əsas komandadan uzaqlaşdırılıb. Lakin "sportlife.az" yazır ki, yeni baş məşqçi Tərlan Əhmədov dünən klubdaxili iclas keçirərək Əliyə "sən komanda daxilində qruplaşma yaradırsan" deyərək əvəzedici heyətə göndərib.