"Qarabağ" - “Braqa” oyununu idarə edəcək hakimlər müəyyənləşib
Fevralın 22-də Bakıda futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" – “Braqa” (Portuqaliya) qarşılaşmasının hakimləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü Bolqarıstandan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Qeyd edək ki, komandalar arasında ilk matçda Azərbaycan çempionu səfərdə 4:2 hesablı qələbə qazanıb.
21:45 "Qarabağ" - "Braqa"
Baş hakim: Georgi Kabakov
Yan xətt hakimləri: Martin Marqaritov, Diyan Valkov
Dördüncü hakim: Nikola Popov
VAR: İvaylo Stoyanov
AVAR: Draqomir Draqanov
Hakim-inspektor: Petteri Kari (Finlandiya)