"Qarabağ"ın "Braqa" ilə ilk matçını danimarkalılar idarə edəcəklər
UEFA Avropa Liqasının pley-off mərhələsinin "Braqa" - "Qarabağ" matçının ilk oyununun təyinatları müəyyənləşib.
Mediasport.az xəbər verir ki, görüşü Danimarkadan olan hakimlər briqadası idarə edəcəklər.
Baş hakim Morten Kroq, köməkçiləri Vollenberq Rasmussenlə Steffen Bramsen olacaqlar. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.
VAR niderlandlı Rob Dieperink, AVAR danimarkalı Yonas Hansenə tapşırılıb.
Görüş fevralın 15-də Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.