“Turan Tovuz” - “Səbail” oyununun biletləri satışa çıxarılıb

“Turan Tovuz” - “Səbail” oyununun biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun “Turan Tovuz” - “Səbail” oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür.

2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Matç yanvarın 26-da, saat 15:00-da Tovuz şəhər stadionunda baş tutacaq.