"Araz-Naxçıvan" - "Sabah" qarşılaşması yenidən keçiriləcək

"Araz-Naxçıvan" - "Sabah" qarşılaşması yenidən keçiriləcək

AFFA Gənclər Liqası çərçivəsində "Araz-Naxçıvan" - "Sabah" oyununun yenidən keçirilməsinə dair məlumat paylaşıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmanın 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün oyun dayandırılıb və Muxtar Respublika təmsilçisinə xəbərdarlıq edilib.

Oyun dayandırıldığı vaxtdan (hesab saxlanılmaqla) yenidən təşkil ediləcək.