"Qarabağ", “Düdelanj”, “Panatinaikos” və “Dnepr-1”in ortaq cəhəti
Bu mövsüm Avropa ölkələrinin çempionatlarında keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 4-ə düşüb.
mediasport.az xəbər verir ki, siyahıda Azərbaycan çempionu “Qarabağ” da yer alıb.
Ağdam klubu Azərbaycan Premyer Liqasındakı ilk 9 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun 3-cü turda “Turan Tovuz”la görüşü noyabrın 9-na təxirə salınıb.
Lüksemburqda “Düdelanj” (9), Yunanıstanda “Panatinaikos” (8) və Ukraynada “Dnepr-1” (6) də çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.