"Qarabağ" dünya reytinqində gerilədi

"Qarabağ" dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

mediasport.az xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

Aktivində 137 xal olan Qurban Qurbanovun komandası 2 pillə geriləyərək 85-ci sıraya düşüb. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" 140 xalla 84-cü sıradadır.

İlk "3-lük"də 305 xalla "Flamenqo" (Braziliya), 297 xalla "Liverpul" (İngiltərə) və 294 xalla "Palmeyras" (Braziliya) qərarlaşıb.