"Qarabağ" - "Hekken" matçının hakimlər briqadası açıqlanıb

"Qarabağ" - "Hekken" matçının hakimlər briqadası açıqlanıb

UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Hekken" (İsveç) görüşünün hakimlər briqadası açıqlanıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcəklər.

Baş hakim Yucin Caya, yan xətt hakimləri Doyando Miftari və Reydi Avdo olacaqlar.

Dördüncü hakim funksiyasını Olsion Yzeiray yerinə yetirəcək.

VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq. Maltalı Alan Mario Sant hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:45-də başlanacaq.