"Kəpəz"də baş məşqçi ayrılığı
"Kəpəz" baş məşqçi Adil Şükürovla yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, mütəxəssisin 2023-cü ilin noyabrından çalışdırığı Gəncə təmsilçisi cari Premyer Liqada 4 turdan sonra xalsızdır və 1 qol belə, vurmayıb.